Putin Vahid Ələkbərovla görüşdü


Dünya 17 Apr 2019 00:27:00 218 0

Putin Vahid Ələkbərovla görüşdü

Rusiya prezidenti Vladimir Putin "LUKOİL" prezidenti Vahid Ələkbərovu qəbul edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı Ələkbərov şirkətin 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, şirkət hər il ehtiyatların artımını təmin edir və neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib:

"Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə iş aparırıq. 2-2,5 min metr suyun altında qazma işləri aparırıq. Bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrədək çatır. Mütəxəssislərimizin qazma işləri apardıqları bu cür dərinliklərin öhdəsindən gəlirik".