Neft və qaz şirkətinin prezidenti: Polşa SOCARın təcrübəsindən yararlanmaq istəyir


Digərləri 16 Apr 2019 23:58:00 245 0

Neft və qaz şirkətinin prezidenti: Polşa SOCARın təcrübəsindən yararlanmaq istəyir

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.

Azərbaycan XİN-dən Son.az-a verilən məlumata əsasən, nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini xüsusilə qeyd edib.