Günün qoroskopu: Əlaqələr, biliklər, lider və idarəetmə məziyyətlərinizi gücləndirin


Digərləri 17 Apr 2019 00:01:00 247 0

Günün qoroskopu: Əlaqələr, biliklər, lider və idarəetmə məziyyətlərinizi gücləndirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - yeniliyə can atsanız da, sınanmış metod və vasitələrdən bilmərrə qurtulmaq istəmirsiniz. Şübhələr, müxtəlif variantlarla bağlı tərəddüdlər istisna deyil.

Sizə mənsub olmayanı saxlamağa çalışmayın.

Günün ikinci yarısında emosional bağlılıq ön plana çıxacaq.

Vəd və öhdəliklər ağır situasiya yarada bilər. Hadisələri tələsdirməyin, süni təkanı işə salmayın.

Bəzi şansların bilmərrə itməsi ilə barışın. Bunun müqabilində yeni imkanlar qazanacaqsınız.

Buğa - günün ilk yarısı romantika, emosiyalar vəd edir. Praktik olun, hisslərə aldanmayın. Unutmayın ki, emosiyalar işinizin effektivliyinə mane ola bilər. İmpulsiv davranış yalnız qısamüddətli perspektivdə xeyirlidir.

Günün ikinci yarısında şəraiti aydınlaşdırın. Tələyə düşməyin. İrəliyə doğru hərəkətdə ilk baxışda nəzərə dəyməyən maneələri gözdən qaçırmayın.

Yaxşı tanımadığınız insanla münasibətlərdə sayıq olun.

Axşam saatlarında evdən uzaqda dincələ bilərsiniz.

Əkizlər - karyera məsələləri, ambisiyaların təminatı üçün ağır zamandır. Uzunmüddətli əməkdaşlıqla bağlı təklifləri qəbul etməyin. Yeni sahədə ehtiyatla çalışın.

İtki, yalan və əsassız ittiham, qarışıqlıq, qanunsuz olay riski artır. Günün ikinci yarısında sərvaxt davranın. Təriflərə inanmayın.

Gəlişigözəl ibarələrin arxasında məkrli niyyətlər daldalana bilər. Vədlər və öhdəliklərin sayını artırmayın. Başqalarının işini görməyin.

İmtina çətindirsə, bir qədər tənəffüs edin, informasiyanı dəqiq yoxlayın.

Xərçəng - səhər saatlarında hadisələrin süjetləri sizə tanış gələ bilər. Belə deyil: yeni motivlər çoxdur. Müvəqqəti işi daimi iş yerinə dəyişibsinizsə, diqqətli davranın. Münasibətlərinizdəki problemləri aradan qaldırmağa çalışın.

Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki mübahisələri emosional davranışla mübahisələrə çevirməyin. Əsəblərinizə hakim olun. Hisslərin əsirinə çevrilməyin.

İntuisiyanıza güvənin. Fatum üzünüzə gülə bilər.

Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.

Şir - günün ilk yarısındakı şərait qeyri-müəyyəndir. Etibarsızlıq, şübhə var. Belə durum əsəblərinizə təsir edəcək. Şəxsi münasibətlərlə yanaşı, işgüzar fəaliyyət müstəvisində ciddi dəyişikliklər planlaşdırmayın.

Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Kredit götürməyin, borc verməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə dəyər verin. Səhhətinizin qayğısına qalın. Psixoloji və ya digər formada asılılıq yarada biləcək situasiyalardan uzaq durun.

Qız - günün ilk yarısında tərəfdaşların və şəriklərin davranışlarındakı dəyişikliklərə fikir verin. Onlardan birinin sizinlə bölüşmək istəmədiyi sirri var. Anlaşma və müqavilələr üçün əlverişli zaman deyil. Daşınmaz əmlakla bağlı əməliyyatlar aparmayın. Şübhəli işə qatılmayın, avantüra iştirakçısı olmayın.

Günün ikinci yarısında rəqiblər taktikanı dəyişəcək, daha məxfi əməliyyat hazırlayacaqlar. Onların niyyətlərini faş etmək çətinləşəcək.

Şəxsi münasibətlərdə ikili standartlar çətinliklər yarada bilər.