Xəstəxana infeksiyası hidrogen peroksidlə yox ediləcək


Digərləri 16 Apr 2019 23:50:00 222 0

Xəstəxana infeksiyası hidrogen peroksidlə yox ediləcək

Aparılan araşdırmalar nəticəsində MRSA olaraq bilinən xəstəxana infeksiyasının, mavi işıqla birləşən hidrogen peroksid ilə maneə törədilə biləcəyi təyin olundu.

Dünya üzərində hər üç nəfərin birində Staphylococcus aureus adlı bakteriya var. Bu bakteriya növü, burunun selikli qişasında olar və dəri üzərində yaşayarlar. Zərərsizdirlər. Bəzən yaralanma, dəri bütünlüyündə pozulma kimi səbəblər nəticəsində kiçik infeksiyalara səbəb olurlar və bu infeksiyalar antibiotiklərin köməyilə müalicə edilir. Bəzi Staphylococcus aureus bakteriyaları, antibiotiklərə qarşı dözümlüdür və bu hal insanlar üçün ölümcül ola bilər. Bu tip bakteriyalara MRSA deyilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, MRSA əməliyyat, ağır müalicə müddətləri kimi səbəblər nəticəsində immuniteti zəifləmiş olan xəstələrdə daha çox müşahidə olunur. Əməliyyatdan sonra ölüm səbəblərində ilk yerdə gələn MRSA üzərində araşdırmaları davam etdirən elm insanları, inqilabi xüsusiyyətdə bir kəşf etdilər.

Boston Universitetində aparılan araşdırmalar nəticəsində, hidrogen peroksidin mavi işıq altında MRSA bakteriyası üçün çox təsirli bir dərman olduğu müəyyən edildi. Asanlıqla tapıla bilən bir maddə olan hidrogen peroksid, bu sayədə MRSA-nin ölümcül nəticələrini yox edə bilər.