Nə vaxt güzəşt etmək lazımdır?


Digərləri 16 Apr 2019 22:40:00 245 0

Nə vaxt güzəşt etmək lazımdır?

İslam dini əfv və güzəşt etməyi öz davamçılarına həmişə tövsiyə edir. Çünki bu fəzilətli sifət həm insanın özünə və həm də qarşı tərəfə ancaq fayda verir. İnsan ruhunu yüngülləşdirir, məhəbbəti artırır. Cəmiyyətdə hüzuru bərqərar edir.

Elə bir insan yoxdur ki, onun büdrəməsi və ya səhvi olmasın. Ancaq igidlik ondadır ki, onun bu səhvini görməməzliyə vurasan və əfv edəsən. Əgər intiqam hissin alovlansa, o zaman bil ki, bu hiss kinə çevriləcək və sənin imanını yandıracaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Güzəşt etmək böyük insanların zinətidir".

"Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır". ("Bəqərə" 178).

Quran buyurur ki, əfv edən insan bunu Allaha görə etməlidir və sonra fikrindən daşınıb, həmin şəxsi öldürməli deyildir. Əgər əfv edirsə, sözünün üstündə durmalı və həddini aşmamalıdır.