Dələduz Roma Papasını necə aldatdı:


Dünya 16 Apr 2019 20:49:00 248 0

Dələduz Roma Papasını necə aldatdı:

İtaliyada illərlə özünü əlil kimi aparan adamın fırıldağını üzə çıxarıblar. Bu haqda "Daily Mail" qəzeti yazıb.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, 55 yaşlı Roberto Qulyelmi 2007-ci ildə qonşusunun köməyi ilə yol qəzasını "səhnələşdirmişdi". Həmin hadisədən sonra italyan gəzə bilmədiyini iddia etmişdi. Roberto 12 il təqaüd alıb, avtomobilini həmişə əlillər üçün nəzərdə tutulan yerdə saxlayıb, bir çox imtiyazlardan istifadə etmişdi.

Qulyelmi həkimləri aldatmaq üçün çox oyundan çıxmışdı. Ağrıkəsici dərmanlar qəbul etmiş, ağır fizioterapiya prosesi keçmişdi. Həqiqəti hətta onun yaxınları, dostları da bilmirdi. O, cəmiyyət arasında olanda əlil arabasında hərəkət edir, yalnız evdə və ölkədən kənarda ayağa qalxırdı.