Ermənistanda gərginlik:


Dünya 16 Apr 2019 20:09:00 236 0

Ermənistanda gərginlik:

Ermənistan parlamentində deputatlar arasında kəskin mübahisə yaranıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, gərginlik əsasən Mənim Addımım Bloku ilə müxalif fraksiyalar arasında yaşanıb. Gərginliyə səbəb Mənim Addımım Blokundan olan deputat Hamazasp Daniyelyanın müxalifəti populizmdə ittiham etməsi olub. O, Çiçəklənən Ermənistan Partiyasının keçmişdəki müxalif fəaliyyətinə şübhəli yanaşdığını deyib.

Hamazasp Daniyelyanın bu çıxışına Çiçəklənən Ermənistan Partiyasının deputatları sərt reaksiya veriblər. Belə ki, fraksiya adından çıxış edən Zöhrabyan Daniyelyana cavab verib:

"Siz Çiçəklənən Ermənistan Partiyasının fəaliyyətini özünüzün qısa siyasi bioqrafiyanız ucbatından anlaya bilməzsiniz. Əgər Nikol Paşinyan, Sasun Mikayelyan və digər bir neçə deputat olmasaydı, sizin üstünlüyünüz harada olacaqdı? Parlamentdə olmayacağı dəqiqdir!"