Amerikalı alim kərə yağının İNANILMAZ FAYDASINI AÇIQLADI: “Hətta yaşlı insanlarda...”


Digərləri 16 Apr 2019 19:54:00 239 0

Amerikalı alim kərə yağının İNANILMAZ FAYDASINI AÇIQLADI: “Hətta yaşlı insanlarda...”

Son illər dünyada sağlam həyat tərzi hakimdir. Dünya ulduzlarından tutmuş model və blogerlərə qədər kəs faydalı məhsulları təbliğ edir. Qluten, laktoza və ət istehlakını azaltmağa çalışırıq. Aldığımız ərzaqların tərkibini diqqətlə oxuyuruq. Lakin diş həkimlərinin sayı xeyli artmaqdadır, çünki müasir insanların dişləri vaxtından əvvəl pisləşməyə başlayıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, amerikalı alim və stomatoloq Veston Prays müasir şəhər sakinlərinin dişlərinin niyə zəif olması ilə bağlı tədqiqat aparıb. O, toxunulmamış sivilizasiyaları öyrənmək üçün dünyanın bir çox ölkələri ilə yanaşı planetimizin ən nadir guşələrinə çoxlu səyahətlər edib. Stomatoloq düz 10 il vəhşi qidalanmanı müşahidə edib. Məlum olub ki, Avstraliya aborigenlərinin dişləri əla vəziyyətdədir.

Tədqiqatın nəticələri göstərib ki, çürüklər müasir bir xəstəlikdir və ibtidai cəmiyyətlərdə bu xəstəliyin mövcud olduğunu sübut edən hər hansı qalıqlar yoxdur. Həkim Prays araşdırmalarında ənənəvi şərtlərdə yaşayan eskimosları, hindu tayfaları, Avstraliya aboriginləri, Yeni Zelandiya maoriləri, yerli Afrika tayfalarının nümayəndələri və İsveçrənin Leçental vadisinin sakinlərini təsvir edib.

Diş həkimi müasir sivilizasiyalardan uzaq olan bölgələri ziyarət edərkən sağlamlıq baxımından olduqca mükəmməl olan sakinlərin yaşadığı kəndləri tapıb. Ən maraqlısı odur ki, kənd sakinləri diş çürüklərindən əziyyət çəkməyib, onlarda sadəcə diş əyrilikləri müşahidə olunub ki, bu da onların həyat şəraiti nəticəsində yaranır. Hətta yaşlı insanlarda diş minasının tam emalı zamanı pulpa sağlam qalıb. Bu da imkan vermir ki, bakteriyalar bədənə daxil olsun. Prays diş möhkəmliyinin gündəlik yeməklərdən birbaşa asılı olduğunu aşkar edib.

Doktorun sözlərinə görə, müxtəlif süd məhsullarından əldə edilən yağdan istifadə edən xalqların dişləri daha möhkəmdir. Bunlar qoyun, dəvə və inək südündə yemək bişirən İsveçrə Alpları, Ərəblər və Asiya qruplarıdır. Dişlərin sağlamlığına görə ikinci yerdə heyvanların daxili orqanları, vəhşi quşların yumurtaları ilə bəslənən xalqlar dayanır.

Siyahını müxtəlif dəniz məhsulları, kiçik heyvanlar və həşərat yeyən xalqlar davam etdirir. Prays qeyd edib ki, o, bütün araşdırma boyu yalnız faydalı bitki və tərəvəzlərlə dolanan, eyni zamanda möhkəm dişləri olan heç bir insanla tanış olmayıb. Bütün tayfalar bir çox fermentləşdirilmiş qidalardan və əlavələrdən istifadə edir: toxum, taxıl və qoz-fındığı mütləq isladır, tannin və fitik turşusunu neytrallaşdırmaq üçün mütləq cücərdirdilər.