Şirvanda qız bıçaq götürüb sevdiyi oğlanın evinə getdi “Məni almasan...”


Kriminal 16 Apr 2019 19:44:00 316 0

Şirvanda qız bıçaq götürüb sevdiyi oğlanın evinə getdi  “Məni almasan...”

Şirvan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Tamara Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) məhkəməsi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Tamara Babayeva qonşusu Faiq Mirzəyevin Şirvan şəhəri, Naxçıvan küçəsindəki evinə gəlib.

Tamara aralarında sevgi münasibətləri olduğu halda başqa qıza elçi göndərmək barədə eşitdiklərini Faiqə irad tutub.

Tamara bildirib ki, Faiq hadisədən bir neçə gün əvvəl atası Sabirə qızının mütəmadi evinə gəldiyi, ailə qurmağı tələb etdiyini söyləyib. Buna görə də Tamara Faiqə öz iradını bildirib.

Faiq isə Tamaranı sevmədiyini, başqa qızla ailə quracağını deyib. Ondan əl çəkmədiyi üçün atasına şikayət etdiyini də dilə gətirib.

Buna görə Tamara ilə Faiq arasında mübahisə yaranıb.

Mübahisə zamanı Faiq Tamaranın qolundan tutub və evi tərk etməsini tələb edib.

Bu zaman Tamara özü ilə gətirdiyi bıçağı çantasından çıxararaq Faiqin qarın nahiyəsindən vurub. Faiq aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Tamara Babayevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.