Həyat yoldaşını təhqir edən 13 illik dostunu öldürdü


Digərləri 16 Apr 2019 19:34:00 203 0

Həyat yoldaşını təhqir edən 13 illik dostunu öldürdü

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

İttihama görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.