Bu rayonda qaz sayğacları yenilənir


Digərləri 16 Apr 2019 19:28:00 234 0

Bu rayonda qaz sayğacları yenilənir

Yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır.

Bakı. Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərləri çəkiməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.