Şamaxıda zəlzələdən dağılmış 25 evin söküntüsünə başlanılıb


Digərləri 16 Apr 2019 18:39:00 276 0

Şamaxıda zəlzələdən dağılmış 25 evin söküntüsünə başlanılıb

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 5467 ev və obyektə ziyan dəyməsi barədə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət daxil olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı RİH-nin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında rayon Fövqəladə Hallar Komissiyası 5446 evə baxış keçirib:

"Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 270-i kəskin qəzalı (dağılmış), 1247 evin bərpası mümkün vəziyyətdə, 2129 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1800 evin vəziyyəti qənaətbəxs hesab edilib".