Millət vəkilləri Cocuq Mərcanlıda İşağl edilmiş bütün torpaqlarımız azad olunacaq


Digərləri 16 Apr 2019 18:29:00 280 0

Millət vəkilləri Cocuq Mərcanlıda  İşağl edilmiş bütün torpaqlarımız azad olunacaq

Bu günlərdə xalqımız Milli Ordumuzun məşhur aprel döyüşlərində qazandığı möhtəşəm qələbənin il dönümünü böyük ruh yüksəkliyi ilə qeyd edib. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hüçüm hərbi əməliyyatı nəticəsində Lələ Təpə yüksəkliyi erməni işğalından azad edilmiş və Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, kənddə yaşamaq üçün lazım olan bütün infrasturuktur yaradılıb və kənd öz yeni həyatına qayıdib.

Son.az xəbər verir ki, bu gün Milli Məclisin deputatları Rauf Əliyev və İlham Əliyev Cocuq Mərcanlı kəndində olublar. Millət vəkilləri kənd sakinləri üçün yaradılmış şəraitlə tanış olmaq məqsədi ilə kəndin İcra nümayəndəsi ilə görüşərək sakinlərin yaşayış şəraitləri və məşğulluqları haqqında məlumat alıblar. Daha sonra millət vəkilləri kənd məktəbində, uşaq baxçasında, tibb məntəqəsində yaradılmış şəraitlə tanış olublar. Kəndin gəncləri ilə keçirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.


Xəbərə aid fotolar