Bakıda Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir


Digərləri 16 Apr 2019 18:01:00 191 0

Bakıda Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Bakıda Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir.

Bakı. Samir Əli - Bakıda Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 16-dan 18-dək davam edəcək görüşün məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu və Fondun növbəti Şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.