Moody's “Bank Respublika”nın mənfəətinin artacağını gözləyir


Digərləri 16 Apr 2019 17:30:00 216 0

Moody's “Bank Respublika”nın mənfəətinin artacağını gözləyir

"Moody's" beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın uzunmüddətli kredit reytinqini "stabil" proqnozla B3 dərəcəsinə yüksəldib.

Agentliyin analitikləri reytinqin yüksəlməsini bankın mənfəətinin və aktivlərinin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.

"Moody's" hesab edir ki, Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb və 2019-20-ci illərdə ehtiyatların yaradılması üzrə xərclərin azalacağını gözləyir. Bu isə, əməliyyat mənfəətinin yüksəlməsi ilə yanaşı, növbəti 12-18 ay ərzində xalis mənfəətin artmasına gətirib çıxaracaq.  Aktivlərin keyfiyyətinin yaxşılaşması köhnə portfelin amortizasiyası ilə yanaşı, daha sərt anderraytinq standartları ilə verilmiş yeni kreditlərin həcmi ilə də bağlıdır. Portfelin keyfiyyətinin yaxşılaşdırılması tendensiyası, həmçinin 2019-20-ci illərdə kredit portfelinin böyüməsi ilə davam edəcək.