Millət vəkilləri Cocuq Mərcanlıda olublar


Digərləri 16 Apr 2019 15:34:00 197 0

Millət vəkilləri Cocuq Mərcanlıda olublar

Deputatlar Rauf Əliyev və İlham Əliyev Cocuq Mərcanlı kəndində olublar.

Bakı. Bu günlərdə xalqımız Milli Ordumuzun məşhur Aprel döyüşlərində qazandığı möhtəşəm qələbənin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edib. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilib və Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması mümkün olub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən kənddə yaşamaq üçün lazım olan bütün infrasturuktur yaradılıb və kənd öz yeni həyatına qayıdıb.