"Zahid Sabirabadlının yolunda nə lazımdırsa etməliyik"


Şou-biznes 16 Apr 2019 15:04:00 266 0

"Zahid Sabirabadlının yolunda nə lazımdırsa etməliyik"

Əməkdar artist Yusif Mustafayev uzun müddət birlikdə çalışdığı mərhum klarnet ifaçısı Zahid Sabirabadlını məzarüstü abidəsinin götürülməməsindən danışıb.

Son.az xəbər verir ki, müğənni "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, məzarüstü abidənin hazırlanması üçün lazım olan vəsaitin bir hissəsini üzərinə götürməyə hazırdır:

"Zahid elə-belə oğlan olmayıb, böyük sənətkar olub. Allah ona rəhmət eləsin. Kimsə qabağa düşüb belə bir təklif versə, mən də gücüm çatandan kömək etməyə hazıram. Əgər kömək etməsəm, Allaha xoş getməz. Biz onun yolunda nə lazımdırsa etməliyik".