"Azərsu" ASCnin həbsdə olan sabiq əməkdaşının şikayətinə baxılıb


Digərləri 16 Apr 2019 14:47:00 320 0

"Azərsu" ASCnin həbsdə olan sabiq əməkdaşının şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Elgün İmranlının barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

İttihama görə, "Azərsu" ASC-nin sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.