"Azərsu" ASC-nin həbsdə olan sabiq əməkdaşının şikayətinə baxılıb


Digərləri 16 Apr 2019 14:36:00 286 0

"Azərsu" ASC-nin həbsdə olan sabiq əməkdaşının şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Elgün İmranlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Elgün İmranlının barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.