Bakıda falçının əlayaqlarını bağlayıb vəhşicəsinə öldürdü


Kriminal 16 Apr 2019 14:24:00 225 0

Bakıda falçının əlayaqlarını bağlayıb vəhşicəsinə öldürdü

Bakının Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 1985-ci il təvəllüdlü Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib.

Son.az news24.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum edilən Namiqin apelyasiya şikayəti təmin olunmamasından sonra o, Ali Məhkəməyə üz tutub. Namiq Vəkilov cəzasının yüngülləşdirilməsini xahiş edib. 

Qeyd edək ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub. 

Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər. 


Xəbərə aid fotolar