Ajax azarkeşləri İtaliyadan deportasiya olundu


İdman 16 Apr 2019 13:21:00 212 0

Ajax azarkeşləri İtaliyadan deportasiya olundu

Çempionlar Liqasının 1/4 finalında bu gün keçiriləcək Juventus - Ajax cavab matçı (ilk oyun 1:1) üçün İtaliyaya gedən Hollandiya klubunun 54 azarkeşi ölkədən deportasiya ediləcək.

Goal.az xəbər verir ki, buna səbəb onların üzərlərindən fişəng, silah, bıçaq və digər qadağan edilmiş əşyaların çıxmasıdır. İki avtobusla Turinə yollanan bu azarkeşlərin Juventus-lu fanatlarla küçədə dava etməyi planlaşdırdıqları bildirilib.

Polis bölməsinə aparılan sözügedən şəxslərin kimlikləri müəyyənləşdikdən sonra ölkələrinə geri qaytarılacaq.

Juventus - Ajax  matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq

Qeyd edək ki, bu komandalar arasında Hollandiyada keçirilən görüşdən əvvəl hər iki komandanın azarkeşləri dava etmiş və polis 120 Juventus azarkeşinin stadiona girişinə icazə verməmişdi.