Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir


Digərləri 16 Apr 2019 13:59:00 241 0

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir

Bakı. Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. Təmir-bərpa işləri ümumi uzunluğu 12 km olan küçə və yolların 50 min kv.m-ə yaxın sahəsini əhatə edir. Bu, “Böyük Şor” və “Daş karxanası” yaşayış sahələrinin 4.5 km uzunluğa malik yolları, həmçinin 2.5 km uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsi, bundan başqa ümumi uzunluğu 5 km olan Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır. Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri bitib.