ABŞ-ın ən böyük kitab festivalında Azərbaycan təmsil olunub (FOTO)


Digərləri 16 Apr 2019 13:43:20 302 0

ABŞ-ın ən böyük kitab festivalında Azərbaycan təmsil olunub (FOTO)

150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.

Bakı. ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində (USC) 13-14 aprel 2019-cu il tarixlərində tanınmış Los Anceles Taymz qəzeti tərəfindən keçirilən "Los Anceles Taymz Kitab Festivalı"nda Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Azərbaycan stendində Baş Konsulluğa məxsus, eləcə də Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilmiş Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunmuş, britaniyalı müəllif Qrem Uilson tərəfindən yazılmış kitab, İmadəddin Nəsimi, Mir Cəlal, Anar, Elçin, Kamal Abdulla da daxil olmaqla Azərbaycanın bir sıra tanınmış ədiblərin əsərlərindən ibarət kitablar, Üzeyir Hacıbəyov, Qara Qarayev, Firəngiz Əlizadə və digər bəstəkarlar haqda nəşrlər, Qarabağın qədim musiqi mədəniyyətini, Bakının qədim və çağdaş memarlıq incilərini, ölkəmizin tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrini, turizm imkanlarını, eyni zamanda zəngin mədəniyyətini, musiqisini və mətbəxini özündə əks etdirən kitab, jurnal, broşür və bannerlər nümayiş etdirilib. Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və Los Ancelesdə yaşayan Azərbaycan icma fəalları tərəfindən milli geyimlərimizin də təqdim edildiyi Azərbaycan stendi sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.