Rektor Kuzminov: UNEC və AİM eyni istiqamətdə hərəkət edir (FOTO)


Digərləri 16 Apr 2019 13:35:00 277 0

Rektor Kuzminov: UNEC və AİM eyni istiqamətdə hərəkət edir (FOTO)

UNEC rektoru, professor Ədalət Muradov Ali İqtisad Məktəbinin (AİM) (“Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminovun dəvəti ilə XX Aprel Beynəlxalq Elmi Konfransında iştirak edib.

Bakı. UNEC rektoru, professor Ədalət Muradov Ali İqtisad Məktəbinin (AİM) (“Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminovun dəvəti ilə XX Aprel Beynəlxalq Elmi Konfransında iştirak edib. Dünyanın aparıcı universitetlərinin nümayəndələrinin məruzəçi və iştirakçı qismində qatıldığı konfransda Harvard, Bonn, Kaliforniya, Miciqan, Vyana, Florida, Sidney Universitetlərinin və digər ali məktəblərin nümayəndələri fəxri məruziçi qismində iştirak ediblər. Konfrans RF-nın baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov tərəfindən Rusiya Federasiyasının Prezidentinin təbrik məktubunun səsləndirilməsi ilə başlayıb. İclasda Rusiya Federasiyasının baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov, Rusiya Federasiyasının Federal məclisi Dövlət Dumasının Büdcə və vergi üzrə Komitəsinin sədri A.M. Makarov, Rusiyanın Sənayeçilər və Sahibkarlar ittifaqının Prezidenti və Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin Prezidenti A.N. Şoxin, Rusiyanın Mərkəzi Bankının sədrin birinci müavini K.V. Yudayeva, Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin rektoru Y.İ. Kuzminov və digərləri çıxış ediblər. Konfransda dövlət idarəçiliyi, maktoiqtisadiyyat və iqtisadi artım, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, sosial siyasət maliyyə institutarı və digər məsələlər müzakirə olunub. UNEC rektoru, professor Ədalət Muradovun Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov ilə görüşü zamanı ikitərəfli əməkdaşlıq imkanları geniş müzakirə edilib, ikili diplomla bağlı işlərə start verilməsi razılığı əldə edilib.