Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini iki pillə yüksəltdi


Digərləri 16 Apr 2019 13:11:00 220 0

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini iki pillə yüksəltdi

Moody's Beynəlxalq  Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb və reytinqləri iki pillə yüksəldib. Belə ki, bankın Uzunmüddətli depozit reytinqi Pozitiv proqnozla B3 səviyyəsindən B1 səviyyəsinə qədər artırılıb, Kredit ödəmə qabiliyyəti reytinqləri (Baseline Credit Assessment, Adjusted Baseline Credit Assessment) caa2 səviyyəsindən b3 səviyyəsinə, Bankın Uzunmüddətli Qarşı Tərəfin Risk Qiymətləndirilməsi reytinqləri (Long-term Counterparty Risk Assessment, Long-term Counterparty Risk Rating) isə B2 səviyyəsindən Ba3 səviyyəsinə yüksəldilib.

Agentlik ekspertlərinin rəyində qeyd edilib ki, reytinqlərin bu yüksəlişi bankın aktivlərinin keyfiyyətinin artırılmasının, kapital mövqeyinin gücləndirilməsinin, gəlirliliyinin təmin olunmasının, xərclərin optimallaşdırılmasının müsbət təsirləridir. Bu istiqamətdə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə 426 milyon manat xalis mənfəət (295 mln. manat əməliyyat mənfəəti) əldə edib. Kapitalın adekvatlığı əmsalı artıb, Aktivlərin gəlirliliyi əmsalı (ROAA) 3.5%-ə yüksəlib.

Moody's ekspertlərinin fikrincə, ölkəmizdə əldə edilən makroiqtisadi sabitliyin, yerli banklar üçün yaranmış əlverişli əməliyyat mühitinin də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksəlməsində rolu böyükdür.