Akrobatlarımız Dünya Kubokunda 8-ci oldu


Digərləri 16 Apr 2019 12:04:00 242 0

Akrobatlarımız Dünya Kubokunda 8-ci oldu

Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb.

Bakı. Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb. 18 ölkənin iştirak etdiyi yarışda, Azərbaycan gimnastları qarışıq və kişi cütlüyü proqramında təmsil olunublar. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyümüz ötən gün çıxış etdikləri final mərhələsində 21.320 xalla 8-ci yerdə qərarlaşıblar. Seymur Cəfərov və Murad Əkpərov cütlüyü isə yarışları 13-cü yerdə bitiriblər.