Rəşad İlyasovun verilişinin yayımı DAYANDIRILDI


Digərləri 16 Apr 2019 11:10:00 221 0

Rəşad İlyasovun verilişinin yayımı DAYANDIRILDI

"Space" telekanalının "Hər səhər" verilişində əməkdar artist Rəşad İlyasov işlətdiyi qeyri-etik ifadələrlə bağlı məsələyə bu dəfə "Hər şey daxil"də aydınlıq gətirib.

Son.az xəbər verir ki, Rəşad müğənni Rüfət Axundovdan fərqli olaraq xoşagəlməz kadrlara gec reaksiya vermə səbəbini də açıqlayıb.

Canlı yayımda efirə telefonla qoşulan sənətçi üzr istəyib:

"Hirsli başda ağıl olmur. Ona görə dedim bir az zamana buraxaq, bir balaca özümə gəlim. Özüm də qəbul eləmədim. Özümü qoyuram tamaşaçıların yerinə. Haradasa onlara da haqq qazandırıram. O vaxt rəhmətlik anamla çəkilişə getmişdim. Gördüm kulisdə o da hirslənib, səsini qaldırıb. Bu mənə çox qeyri-adi gəlmişdi. Onu səhnədə həmişə eleqant görmüşəm. Mən də bir az çaşıb qaldım. Sonra yaşa dolduqca başa düşdüm ki, bu insanlıq halıdır. Ola bilər, bizim də əsəbimiz var, biz də nervilənə bilirik, biz də bir dostmuzla bir zarafat edə bilirik. Sadəcə zamana buraxdım. Efirdə o variant deyildi. Sadəcə olaraq o sonradan köçürülüb, səslər aşılanıb. Mən istənilən halda bəraət qazandırmıram. Böyüklərimiz, ana-bacılarımız, ləyaqətli insanlarımızdan üzrlü hesab etmələrini xahiş edirəm. Çünki heç vaxt xalqa o sözü mən deyə bilmərəm, heç bir sənət dostum haqqında qəlbimi qırsalar belə onu deyə bilmərəm. Yəni, belə bir tərbiyənin yiyəsi deyiləm".