İrandan Azərbaycana 15 kq-a yaxın tiryək gətirən şəxs saxlanılıb (FOTO)


Digərləri 16 Apr 2019 10:11:00 235 0

İrandan Azərbaycana 15 kq-a yaxın tiryək gətirən şəxs saxlanılıb (FOTO)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Bakı. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov polislər tərəfindən saxlanılıb. Onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.