Bu gün və sabah bu ərazidə işıq olmayacaq


Digərləri 16 Apr 2019 09:39:00 161 0

Bu gün və sabah bu ərazidə işıq olmayacaq

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən Son.az-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.