TRENDin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının 100illik yubileyinin fəal işıqlandırılmasına görə mükafatlandırılıblar


Digərləri 16 Apr 2019 09:15:00 404 0

TRENDin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının 100illik yubileyinin fəal işıqlandırılmasına görə mükafatlandırılıblar

Aprelin 15-də TREND İnformasiya Agentliyinin mətbuat mərkəzində agentliyin bir sıra əməkdaşlarına Azərbaycanın təhlükəsizlik orqanlarının 100 illik yubileyi münasibətilə mükafatların təqdim olunması mərasimi keçirilib.

Son.az bildirir ki, "Alyans" xüsusi xidmət orqanları veteranları İctimai Birliyi sədri Şamil Süleymanov TREND İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və "Baku Network" Ekspert Şurasının rəhbəri Elxan Ələsgərova "Mehdi Hüseynzadə" medalını, agentliyin əməkdaşları Vüqar İmanov və Samir Güləliyevə fəxri diplomlar təqdim edib.

Ş.Süleymanov xüsusilə vurğulayıb ki, "Alyans"ın fəaliyyətinin populyarlaşmasına TREND informasiya agentliyi səbəb olub:

"Bu gün biz sizə qonaq gəlmişik ki, Azərbaycanın xüsusi xidmət orqanlarının yüzilliyini qeyd etməyə kömək edən şəxsləri mükafatlandıraq və kitablarımızı təqdim edək ".

Azərbaycanın dövlət təhlükəsizliyi orqanları barədə danışan Ş.Süleymanov ümummilli lider Heydər Əliyev barədə xatirələrini bölüşüb.

O qeyd edib ki, təhlükəsizlik orqanlarında işə bilavasitə Heydər Əliyevin rəhbərliyi altında başlayan şəxslərdən olub:

"Heydər Əliyev Azərbaycanın təhlükəsizliyinin milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilməsi üçün əlindən gələni edib. 1960-cı ildən sonra ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dəyişikliklər oldu. Heydər Əliyev həmişə çalışırdı ki, təhlükəsizlik orqanlarında milli kadrlar yetişsin. Ümummilli liderin təhlükəsizlik orqanlarının rəhbəri təyin olunmasından sonra bu sistemdə azərbaycanlı kadrların sayı sürətlə artdı ".

Onun sözlərinə görə, ulu öndər təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də kadrlar yetişdirməyə çalışırdı:

"O, bütün sahələrlə maraqlanırdı, Azərbaycan xalqının inkişafı üçün əlindən gələni edirdi".

Ş.Süleymanov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev də xüsusi xidmət orqanlarının əməkdaşlarına xüsusi diqqət və qayğı göstərir:

"Xüsusi xidmət orqanları veteranları Prezident İlham Əliyevin keçirdiyi sosial-iqtisadi islahatları dəstəkləyir".

Veteranlara diqqət və qayğısına görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyevə təşəkkürünü bildirən Ş.Süleymanov qeyd edib ki, Azərbaycanın təhlükəsizliyinin qorunması hər bir təhlükəsizlik orqanı əməkdaşının müqəddəs borcudur: