Fransa prezidenti NotrDam kilsəsinin bərpa ediləcəyinə dair söz verdi


Dünya 16 Apr 2019 09:07:00 232 0

Fransa prezidenti NotrDam kilsəsinin bərpa ediləcəyinə dair söz verdi

Fransa prezidenti Emmanuel Makron yanğın baş verən Parisin Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu E.Makron kilsənin yaxınlığındakı meydanda jurnalistlərə açıqlamasında deyib.

Fransa prezidenti bildirib: "Mən sizə təntənəli şəkildə söz verirəm ki, biz kilsəni bərpa edəcəyik. Hamımız bir yerdə. Sabahdan həm Fransada, həm də onun sərhədlərindən kənarda vəsait yığımı başlayacaq".