Amazon əməkdaşları Alexadakı danışıqlara qulaq asırlar


Digərləri 16 Apr 2019 08:51:00 259 0

Amazon əməkdaşları Alexadakı danışıqlara qulaq asırlar

Amazon şirkəti özünün səsli köməkçisi olan Alexa-nı daha ağıllı etmək üçün insanların həmin səsli köməkçi ilə olan danışıqlarına qulaq asır. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Amazon şirkətinin bir neçə anonim əməkdaşı bildirib ki, onlar gün ərzində istifadəçilərin minlərlə səs sorğularına qulaq asırlar. Bu işlə məşğul olan əməkdaşlar bu barədə məlumatın verilməməsi üzrə xüsusi müqavilə imzalayırlar.

Son.az technote.az-a istinadən bildirir ki, şirkətin sözlərinə görə ona öz müştərilərin konfidensiallığı çox vacibdir. Buna görə də onlar səs yazılarının yalnız kiçik bir hissəsini emal edirlər və həmin məlumatları yalnız Alexa səsli köməkçisinin təkmilləşdirilməsində istifadə edirlər. Bununla yanaşı əməkdaşlar istifadəçilərin soyadlarını və onların yaşayış ünvanları barəsində məlumatlarını görmürlər. Buna baxmayaraq onlar cihazın seriya nömrəsini və adını əldə edə bilirlər.