Avropada əmlakı ipoteka ilə də almaq olar


Digərləri 16 Apr 2019 08:55:00 260 0

Avropada əmlakı ipoteka ilə də almaq olar

Xaricdə, xüsusilə də Avropada əmlak alıcılarının sayı artdıqca, bunu ipoteka krediti ilə etmək istəyənlər də çoxalır. Bəs hansı Avropa ölkəsində əmlakı ipoteka kredit ilə almaq olar, xaricilərə ipoteka kreditləri hansı şərtlərlə verilir?  

Avstriya

Son.az fed.az-a istinadən bildirir ki, Avstriyada ipoteka krediti ilə təkcə mənzil və evi deyil, istənilən əmlakı almaq olar, amma bunun üçün müştəri Avropa Birliyində gəlirinin olduğunu, eləcə də alacağı əmlakın yarısı qədər sərvətinin olmasını isbatlamalıdır.

Bu tələblərə cavab verən müştərilər ipoteka kreditini avro ilə illik 3-5%-lə, ilkin ödəniş 20%-dən başlamaqla götürə bilərlər. Kreditin müddəti kommersiya obyekti üçün 10-15 il, mənzil və evlər üçün 20 ilədək təşkil edir.

Bolqarıstan

Bolqarıstanda ipoteka krediti götürmək Avstriyadakı kimi çətin deyil, xaricilər burada illik 7,5% və ilkin ödəniş 30%-lə, avroda və ya yerli valyutada - levdə kredit götürə bilərlər. Yerli sakin zamin dayansa xarici vətəndaşa krediti illik 3-4%-lə də ayrırlar. Yeganə tələb odur ki, müştərinin Bolqarıstandakı bankda hesabı və bu hesabda 1 illik ödəmə həcmi qədər depoziti olmalıdır. Kredit müddəti 20 ildir.

Almaniya

Almaniyada xaricilər rahatlıqla ipoteka krediti götürə bilərlər, şərtlər də əladır: avroda, illik faiz dərəcəsi 2,3-3,5%, ilin ödəniş 30%, müddət 5-30 il. Amma bunun üçün müştəri və obyekt bəzi tələblərə cavab verməlidir. Əvvəla 30% ilkin ödəniş və sabit gəlir mənbəyi, digər tərəfdən obyektin qiyməti 100 min avrodan az olduqda onu almaq çətinləşir. Yaşayış olmayan evləri və çətin satılan əmlakları da ipoteka ilə almaq çətindir. Kredit müraciətinə 1-2 aya baxılıb cavab verilir, üstəlik banklar müştərinin ödəmə qabiliyyətini yoxlamaq üçün əlavə sənədlər də tələb edə bilərlər. Bankar ən rahat 300 min avro və daha yüksək məbləğli kreditləri verirlər.

Eləcə də bax: Türkiyədə evi necə almaq olar? - ŞƏRTLƏR

Yunanıstan

Yunanıstan vaxtilə ipoteka kreditlərinin ən yaxşı verildiyi ölkə idi, formal olaraq həmin şərtlər indi də qüvvədədir: avro ilə illik 5,6%, ilkin ödəniş 40%, müddət 15 il. Banklar belə kredit ayıracaqları müştəridən illik 30 min avroluq gəlir sənədi tələb edir, üstəlik, 50 min avroyadək evlərə kredit ayırmırdılar. Amma indi bu proqram müvəqqəti dayanıb. Nə vaxt bərpa olunacağı bilinmir. Amma bu ölkədə 250 min avroduq əmlakla həm də yaşayış izni əldə etmək olar.

İtaliya

Formal olaraq İtaliyada xaricilər üçün ipoteka krediti var: avro ilə, illik 3-5%, ilkin ödəniş 40-50% olmaq şərtilə 20 illik müddətə. Amma bu yalnız kağız üzərindədir - İtaliya bankları Avropadan kənar ölkələrin vətəndaşlarının kredit müraciətlərinin 95%-nə imtina verirlər. Əsas problem ödəniş qabiliyyətidir - krediti o müştərilər ala bilir ki, Avropa İttifaqında gəliri var və bunu sübut edə bilir.

Kipr