Kompüter bazarında lider dəyişilib


Digərləri 16 Apr 2019 08:01:00 257 0

Kompüter bazarında lider dəyişilib

"Gartner" şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. "HP Inc." şirkətini geridə qoymuş "Lenovo" birinci pillənin sahibi olub.

Son.az ICTnews-a istinadən bildirir ki, analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə "Lenovo" şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. "HP Inc." şirkətində bu göstərici 21.9% təşkil edir.

"HP Inc." şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.