Azərbaycanda bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq – ARTACAQ


Digərləri 16 Apr 2019 07:45:00 225 0

Azərbaycanda bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq – ARTACAQ

Qanunun 1.0.5-ci maddəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq. Trend-in məlumatına görə, bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilir.