BVF Pakistana $6-8 mlrd. məbləğində maliyyə yardımı edəcək


Digərləri 16 Apr 2019 00:29:00 222 0

BVF Pakistana $6-8 mlrd. məbləğində maliyyə yardımı edəcək

Pakistan və Beynəlxalq Valyuta Fondu (BVF) İslamabada 6-8 milyard dollar məbləğində maliyyə yardımının edilməsi üzrə razılaşma imzalayacaqlar

Bakı. Pakistan və Beynəlxalq Valyuta Fondu (BVF) İslamabada 6-8 milyard dollar məbləğində maliyyə yardımının edilməsi üzrə razılaşma imzalayacaqlar. Trend-in "Geo TV"yə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın maliyyə naziri Əsəd Umar ölkənin Milli Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib.