Azərbaycan nefti bahalaşıb


Digərləri 15 Apr 2019 23:41:00 214 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.