Allergiyanı aradan qaldıran vasitələr


Digərləri 15 Apr 2019 23:49:00 273 0

Allergiyanı aradan qaldıran vasitələr

Havaların isinməsi, təbiətin oyanması bir sıra allergik xəstəliklərin baş qaldırmasına səbəb olur. Geyinilən paltar, qəbul olunan qidalar və məişətdə istifadə edilən allergenli maddələrin çoxluğu həmin xəstəlikləri daha da artırır. Allergiya deyəndə ilk növbədə bədəndə səpgilər və qaşınma başa düşülür. Onlar allergiyanın ilkin əlamətləridir, lakin onlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-fitoterapevt Fizulu Hüseynov deyib: "Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün illərin sınağından çıxmış üsullardan istifadə edə bilərlər. Həmin üsullardan biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də faydalı təsir göstərir.

Məsələn, udi-hindi allergiya əleyhinə mükəmməl vasitədir. Təcrübə nəticəsində 10-15 il allergiyadan əziyyət çəkənlərin udi-hindi qəbul edərək sağalması müşahidə olunub. Bunun üçün gündə 2 dəfə 1 çay qaşığı udi-hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edilərək yeməkdən əvvəl 1 stəkan içilir. Prosedur ildə 2 dəfə - yaz və payız aylarında 2 ay müddətində aparılır.

Allergiya baş verəndə dərman axtarmağa tələsmək lazım deyil. 3 ədəd keçibuynuzu meyvəsi yarım litr suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülərək içilir. Təxminən 10 dəqiqə ərzində səpgilər tam keçir. Allergiyanın davam etməməsi üçün prosedur 1 ay aparılır.