Qıcıqlanmış bağırsaq sindromu Psixoterapevt də müalicə edə bilər


Digərləri 15 Apr 2019 23:24:00 237 0

Qıcıqlanmış bağırsaq sindromu  Psixoterapevt də müalicə edə bilər

Yer kürəsinin populyasiyasının təxminən 10 faizi qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Bu insanları mədə ağrıları, qıcolma, qarın ağrısı, qəbizlik və digər əlamətlər narahat edir. 

Son.az medicina.az-a istinadən bildirir ki, qıcıqlanmış bağırsaq sindromunu səbəbləri tam məlum olmayan funksional pozğunluq adlandırırlar. Xəstələrə qida rasionun dəyişmək məsləhət görülür. Bundan əlavə onlara bir sıra dərman preparatları ilə müalicə də təyin edilir. Sautkempton universitetinin araşdırmaçıları bildirirlər ki, bu xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün koqnetiv-davranış terapiyası da kömək ola bilər. 

Eksperimentdə 1 il ərzində qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən 558 nəfər iştirak edib. Onlardan 8 nəfər psixoloqla sessiyalar edib, qalan iştirakçılar isə standart terapiyadan keçiblər.