Diabet xəstələri üçün ideal səhər yeməyi


Digərləri 15 Apr 2019 23:09:00 284 0

Diabet xəstələri üçün ideal səhər yeməyi

Kanadanın Britaniya Kolumbiyası Universitetindən olan alimlər çox yağlı və az karbohidratlı səhər yeməyinin ikinci tip diabet xəstələrinə gün ərzində qlükoza səviyyəsini nəzarətdə saxlamağa imkan verəcəyini aydınlaşdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar könüllülərin üzərində iki günlük eksperiment keçirib. Onlara səhər yeməyinə birinci gün omlet, ikinci gün meyvəli yulaf yarması verilib. Nəzarət günlərində verilən digər yeməklər isə eyni olub. Eksperiment iştirakçılarının bədənlərinə quraşdırılan cihazlar hər 5 dəqiqədən bir qanda olan şəkər səviyyəsini qeydə alıb.

Sınaq zamanı yağlı və az karbohidratlı səhər yeməyi - omletin diabet xəstələrində qida qəbulundan sonra yaranan şəkər artmasının qarşısını almağa kömək etdiyi məlum olub. Bununla yanaşı, həmin effekt bütün gün ərzində müşahidə edilib. Bu nəticə alimlərin özü üçün də gözlənilməz olub.