"Taxt oyunları" serialının həlak olmuş qəhrəmanlarının "qəbiristanlığı" düzəldilib FOTO


Digərləri 15 Apr 2019 22:30:00 257 0

"Taxt oyunları" serialının həlak olmuş qəhrəmanlarının "qəbiristanlığı" düzəldilib  FOTO

Foxtel teleşirkəti Sidneydəki parklardan birində məşhur "Taxt oyunları" serialının həlak olmuş qəhrəmanlarının "qəbiristanlığı"nı düzəldib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, parkda serialın qəhrəmanlarının məxsus olduğu Stark, Talli, Lanister və Frey ailələrinin sərdabaları quraşdırılıb.

Telekanalın mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir: "Foxtel serialın son fəslinin birinci seriyasının nümayişi ərəfəsində avstraliyalı fanatları populyar "Taxt oyunları" serialının qəhrəmanlarına hörmətlərini ifadə etmək üçün "Centennial" parkına dəvət edir. Serialın ən sevimli və ən çox nifrət doğuran personajları üçün Vestoros nekropolu final epizodları ərəfəsində baş verən hadisələri bir daha xatırlamaq üçün nadir imkandır".


Xəbərə aid fotolar