Yad planetdən gələn qonaq səhrada VİDEO


Digərləri 15 Apr 2019 21:54:00 248 0

Yad planetdən gələn qonaq səhrada  VİDEO

8 aprel tarixində çəkilən video çarx dünya internet şəbəkəsində əməlli-başlı səs-küyə səbəb olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, kadrlar Meksikanın Çiuaua səhrasında lentə alınıb. İri başı olan ilanabənzər məxluq səhrada hərəkət edir. Bildirilir ki, hadisə şahidi səhranın qumlarını lentə alarkən təsadüfən bu məxluqu görüb. Meksikalı gördüyündən o qədər qorxub ki, qaçaraq gizlənib.

Bir çox ufoloq və konspiroloq bildirir ki, meksikalı şəxs səhrada yadplanetli ilə rastlaşıb. Ehtimal edilən yadplanetli kadrlarda hərəkət edir və bu da internet şəbəkəsində bir çox insan tərəfindən izlənilib. Bildirilir ki, yəqin Çiuauada bu yaxınlarda yadplanetlilərin gəmisi qəzaya uğrayıb.