Tramp prezident seçkiləri kampaniyası üçün 30 milyon dollar yığıb


Dünya 15 Apr 2019 21:47:00 217 0

Tramp prezident seçkiləri kampaniyası üçün 30 milyon dollar yığıb

ABŞ Prezidenti Donald Tramp 2019-cu ilin birinci kvartalında özünün prezident seçkiləri kampaniyasını keçirmək üçün 30 milyon dollardan çox ianə yığıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, The Hill qəzetinin yaydığı məlumata görə, hazırda Trampın seçki qərargahı 40 milyondan artıq nağd pula malikdir. Orta ianə 34 dollar təşkil edir.

ABŞ prezidenti ilin əvvəlindən bəri demokrat rəqibləri - Vermont ştatından olan senator Berni Sanders və Kaliforniya ştatından olan senator Kamala Harrisin birlikdə topladıqları ümumi vəsaitdən daha çox pul əldə edib. Onlar müvafiq olaraq 18 milyon və 12 milyon ianə yığa biliblər.