“Atam mənə dedi ki, kitablarla dostluq et”


Digərləri 15 Apr 2019 21:16:00 243 0

“Atam mənə dedi ki, kitablarla dostluq et”

"ARB Günəş"in "Kiçikdən-böyüyə" verilişinin növbəti qonaqları millət vəkili Qənirə Paşayeva və 5 yaşlı Nuray olub.

Son.az xəbər verir ki, millət vəkili söhbət zamanı mütaliənin əhəmiyyətindən danışıb. Qənirə Paşayeva reallaşan arzularına görə, kitablara borclu olduğunu deyib:

"Birinci sinifə gedəndə, atam mənə 2 kitab alıb gətirdi və dedi: "Sən indi məktəbə gedirsən, orada sənin dostların olacaq. Sonra böyüyüb universitetə gedəcəksən orada da dostların olacaq. Amma bir şeyi unutma, sənin ən yaxın dostun kitab olsa, sən o zaman arzularına çata bilərsən". Mən də o zamandan kitablarla dostluq etməyə başladım. Dostlarımla 7-8 saat vaxt keçirirdim. Nuray, sənə və bütün uşaqlara istəyirəm kiçik bir məsləhət verəm. Kitablarla çox dostluq edin ki, onlar da sizə kömək etsin".

Qeyd edək ki, "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.


Xəbərə aid fotolar