Cinlərə qonaqlıq verən ana və oğulun məhkəməsində


Kriminal 15 Apr 2019 20:54:00 264 0

Cinlərə qonaqlıq verən ana və oğulun məhkəməsində

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə başlayıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Təqsirləndirilən L.İbrahimova ittiham aktını almadığını deyib:

"Mən ittihamın surətini etiraz olaraq götürmədim. Çünki iş birtərəfli aparılıb. Mən obyektivliyə inanmıram. Bizə qarşı təzyiqlər, haqsızlıqlar olub. Mən məhkəmənin də ədalətli olacağına inanmıram. Heç vəkilimiz də yoxdur". 

L.İbrahimova dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını deyib. Hakim bildirib ki, yeni vəkillə müqavilə bağlanacağı təqdirdə növbəti mərhələdə işə buraxılacaq.

Prosesdə elan edilib ki, zərərçəkmişlər bəziləri məhkəməyə mülki iddia təqdim etməyib. Məhkəmənin gedişində zərərçəkmişlərlə Lalə Ibrahimova arasında mübahisə yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər. Zərərçəkmişlər aldadıldıqlarını biliblər və pullarını tələb ediblər. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.