Nikoldan Qarabağ açıqlaması:


Digərləri 15 Apr 2019 20:49:00 202 0

Nikoldan Qarabağ açıqlaması:

Qarabağın həlliylə bağlı danışıqlar davam edir, tərəflər eyni dalğa üzərində qalmalıdırlar.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, danışıqlarda tərəflərin ədalətli olmasına ehtiyac var:

"Əgər danışıqlar zamanı kimsə kimisə aldatmağa çalışırsa, biz yanlış yerə gəlib çatacağıq. Biz daimi olaraq sülhü təbliğ etmirik. Biz problemin həlli üçün müəyyən platformaların yaradılması haqqında təkliflər edirik", - o bildirib.

O, Ermənistanı müharibə ilə qorxutmağım mümkün olmayacağını iddia edib:

"Biz də həmçinin heç kimi müharibə ilə qorxutmuruq. Əsas odur, məsələni sülh platformasında həll edib-etməyəcəyimizi müəyyən edək. İstənilən sağlam düşüncəli adam sülh razılaşması üzərində işləməlidir. Əks halda danışıqların mənası yoxdur".