Kavaninin yerinə 6 namizəd


İdman 15 Apr 2019 20:32:00 208 0

Kavaninin yerinə 6 namizəd

PSG uruqvaylı hücumçusu Edinson Kavani ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır.

Goal.az-ın məlumatına görə, Paris təmsilçisi yeni mərkəz hücumçusu axtarışına artıq başlayıb.

İlk mərhələdə 32 yaşlı forvardın yerinə 6 namizəd müəyyənləşib. Bunlar Nikolya Pepe ("Lill"), Luka Yoviç (Eintracht), Antuan Qrizmann (Atletico), Mauro İkardi (İnter), Timo Verner (Leipzig) və Joao Feliksdi (Benfica). Fransızlar bu oyunçulardan ən azı birini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm 28 oyunda 22 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.