Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 15 Apr 2019 20:02:00 207 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. Samir Əli - Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 50-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 40-100 faizini təşkil edir. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, aprelin 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 313 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 527 kub/s olmaqla, ongünlük normaya yaxın olub.