DGK və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib (FOTO)


Digərləri 15 Apr 2019 19:33:00 198 0

DGK və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib (FOTO)

Bakı konfransı beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) və ABŞ-ın Ədliyyə Departamenti Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndə heyətləri arasında görüş keçirilib. DGK-dən Trend-ə verilən məlumata görə, görüş bu gün Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib. Qonaqları səmimiyyətlə salamlayan DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan və ABŞ arasında uzun illərə söykənən mövcud strateji əməkdaşlığa toxunub, bu əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın aidiyyəti qurumlarının Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın işində daim fəal iştirak etdiklərini vurğulayan Komitə sədri, 36-cı Konfransın ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində ciddi islahatlar aparıldığını diqqətə çatdıran S.Mehdiyev, bu islahatların korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması ilə yanaşı, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında da ciddi dönüş yaratdığını vurğulayıb.