Bakıda iki nəfəri hədələyərək 165 min manat mənimsəyən şəxslər saxlanılıb


Digərləri 15 Apr 2019 18:17:00 179 0

Bakıda iki nəfəri hədələyərək 165 min manat mənimsəyən şəxslər saxlanılıb

Cinayət əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək saxlanılıblar

Bakı. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.